Bank Of Baku

Azərbaycan MSK-nın nümayəndə heyəti Moskvaya yola düşüb

Azərbaycan MSK-nın nümayəndə heyəti Moskvaya yola düşüb
# 30 noyabr 2007 08:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədi ilə bu gün Moskvaya yola düşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti yalnız ölkənin paytaxtında keçiriləcək seçkiləri müşahidə edəcək. Nümayəndə heyətinə MSK katibi Natiq Məmmədov, MSK üzvləri Fuad Cavadov, Validə Kazımova və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov daxildir. Onlar səsvermənin gedişini, səslərin sayılmasını, protokolların tərtib olunması və ilkin nəticələrin elan edilməsi mərhələsində də iştirak edəcəklər. Səfər dekabrın 4-nə kimi davam edəcək. Azərbaycan tərəfini seçkiləri izləməyə Rusiya MSK-sı dəvət edib və buna görə də onlar hər hansı müşahidə missiyasının tərkibində olmadan, müstəqil şəkildə seçki prosesini izləyəcəklər. Dəvət Rusiya MSK-sı ilə Azərbaycan MSK-sı arasında imzalanmış memoranduma əsasən edilib. Qeyd edək ki, seçkilər dekabrın 2-də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR