Bank Of Baku

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Madriddə keçirilmiş görüşün yekunları əsasında bəyanatla çıxış ediblər

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Madriddə keçirilmiş görüşün yekunları əsasında bəyanatla çıxış ediblər
# 30 noyabr 2007 09:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, noyabrın 29-da, ATƏT Xarici İşlər Nazirləri Şurasının yığıncağından əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Nikolas Berns həmsədr ölkələrin nümayəndələri qismində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüş keçiriblər: “Görüş zamanı üç həmsədr ölkənin yüksək səviyyəli təmsilçiləri münaqişənin dinc yolla həllinin ədalətli və balanslaşdırılmış baza prinsiplərini hər iki tərəfə təqdim ediblər. Görüşdə qeyd olunub ki, həmsədrlərin vasitəçiliyi ilə son üç il ərzində aparılmış danışıqlar nəticəsində mövqelər əhəmiyyətli dərəcədə yaxınlaşıb. Ümumi fikir belə olub ki, son fikir ayrılıqlarını da aradan qaldırmağın vaxtı çatıb. Həmsədrlər bunun üçün hər iki tərəfin qəbul edə biləcəyi neytral qərarlar təklif ediblər. Onlar həmçinin son üç ildə əldə olunmuş nəticələrin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Tərəflərə təqdim olunmuş baza prinsipləri haqqında sənəd Moskva, Vaşinqton, Paris və ATƏT tərəfindən nizamlanma üçün həyat qabiliyyətli təməl kimi qəbul olunur. Münaqişə tərəflərinə israrla təklif olundu ki, danışıqların indiki mərhələsini baza prinsiplərini qəbul edərək başa çatdırsınlar və yeni mərhələyə - hərtərəfli sülh müqaviləsinin hazırlanmasına keçsinlər. Bundan başqa, onlardan xahiş olundu ki, təmas xəttində ATƏT tərəfindən aparılan monitorinqlərə mane olmasınlar, bütün mümkün sahələrdə qarşılıqlı etimadı möhkəmləndirəcək tədbirlərin həyata keçirilməsini davam etdirsinlər, əhalini sülhə hazırlasınlar və müharibənin həll vasitəsi olduğunu göstərən bəyanatlarla çıxış etməyi dərhal dayandırsınlar. Yekunda hər üç həmsədr ölkənin münaqişənin sülh yolu ilə həllində tərəflərə kömək göstərməyə hazır olduğu bir daha bildirildi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR