Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü II Qareginlə görüşəcək

Azərbaycan Milli Məclisinin üzvü II Qareginlə görüşəcək
# 30 noyabr 2007 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Ə. Abıyev bildirib ki, görüş yaxın vaxtlarda Gürcüstanda baş tutacaq. Onun sözlərinə görə, görüşdə Ermənistanda əsirlikdə olan iki Azərbaycan vətəndaşının 1 mülki şəxsin və 1 hərbçinin azad olunması ilə bağlı məsələ müzakirə olunacaq.
Ə. Abıyev II Qareginlə gənclik illərindən tanış olduqlarını vurğulayıb: “Mən Gürcüstanın Axalkalaki bölgəsində hərbi xidmətdə olmuşam. O vaxt orada Qareginin donuz ferması vardı. Biz o vaxtdan tanışıq. Orada çoxlu erməni yaşayırdı”. Rusiyanın Gürcüstandan çıxardığı silah-sursatı Ermənistanda yerləşdirməsinə diqqət çəkən Ə. Abıyev rəsmi İrəvanın sürətlə silahlandığını deyib: “Ermənilər silahlanmaya külli miqdarda pul xərcləyirlər. Azərbaycandan isə bu il Həcc ziyarətinə 5000 nəfər gedəcək, hərəsinin də cibində orta hesabla 5000 dollar pul...” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR