Bank Of Baku

Elmar Məmmədyarov Madriddə Sergey Lavrovla görüşüb

Elmar Məmmədyarov Madriddə Sergey Lavrovla görüşüb
# 30 noyabr 2007 09:55 (UTC +04:00)
ATƏT Xarici İşlər Nazirləri Şurasının Madriddə keçirilən toplantısında iştirak edən Azərbaycan diplomatiya idarəsinin rəhbəri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, S. Lavrov həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq təşkilatların yığıncaqlarında azərbaycanlı həmkarı ilə görüşməkdən məmnun olduğunu bildirib: “Mən çox şadam ki, biz həm tez-tez bir-birimizə qonaq gedirik, həm də beynəlxalq forumlardan mövqelərimizin bir daha yoxlanılması və münasibətlərin bundan sonrakı inkişafının müzakirəsi üçün istifadə edirik”. E. Məmmədyarov da bu cür görüşlərin mövqelərin aydınlaşdırılması baxımdan əhəmiyyətli olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətlərin genişlənməsi və dərinləşməsində maraqlıdır.
Qeyd edək ki, bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında E. Məmmədyarovun çıxışı nəzərdə tutulub. O, ABŞ dövlət katibinin müavini Nikolas Berns, ATƏT-də sədrliyi başa çatan İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos, NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons və bəzi ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR