Bank Of Baku

GUAM-ın baş katibi: “Regionun müxtəlif ölkələri təşkilatla əməkdaşlığa qoşulub, bəziləri isə qoşulmaq niyyətindədir”

GUAM-ın baş katibi: “Regionun müxtəlif ölkələri təşkilatla əməkdaşlığa qoşulub, bəziləri isə qoşulmaq niyyətindədir”
# 30 noyabr 2007 11:17 (UTC +04:00)
Bu sözləri APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinə eksklüziv açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. Bu məsələni GUAM təmsilçilərinin Madriddə keçirilən görüşündə də ətraflı müzakirə etdiklərini söyləyən baş katib qətnamənin Baş Assambleyanın iclasına nə vaxt təqdim etməyin daha effektli olacağına dair də fikir mübadiləsi apardıqlarını vurğulayıb: “Ümumilikdə, qətnamənin irəli sürülməsi prosesi təqdirəlayiq və dinamik gedir”. GUAM ölkələrinin digər dövlətlərlə əlaqələri aktiv şəkildə genişləndirdiyini qeyd edən V. Çeçelaşvili regionun müxtəlif ölkələrinin bu əməkdaşlığa qoşulduğunu, bəzi ölkələrin isə qoşulmaq niyyətində olduğunu bildirib: “Lakin bu da bizim üçün əsas məqsəd deyil. Əsas bu əməkdaşlığın səmərəliliyi və konkret nəticə verməsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR