Bank Of Baku

ASDP həmsədri Azərbaycan müxalifətinin vahid namizədinin olacağına inanmır

ASDP həmsədri Azərbaycan müxalifətinin vahid namizədinin olacağına inanmır
# 30 noyabr 2007 11:35 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkiləri ilə bağlı qərarını 2008-ci ilin yazında keçiriləcək qurultayında qəbul edəcək. Partiyanın həmsədri Araz Əlizadə APA-ya verdiyi açıqlamada bildirib ki, onlar belə bir qərar qəbul etməkdə tələsmirlər. Bu barədə qərar qəbul edən partiyaların tələskənliyə yol verdiyini bildirən A. Əlizadənin fikrincə, 1 il əvvəldən hazırlıqlara başlamağa ehtiyac yoxdur: “Böyük ölkələrdə bir il əvvəldən hazırlıqlara başlamaq tələb olunur. Azərbaycan isə balaca ölkədir, namizədliyini irəli sürəcək şəxsləri xalq çoxdan tanıyır. Ona görə də mənə elə gəlir ki, bu hazırlıqlara yazdan başlasaq, bəs edəcək. Seçki hazırlığı, əsasən, platformanın hazırlanması, namizədin xalq içinə çıxmasıdır. Bəzi partiyalar namizəd müəyyən edir, amma hamı bu qərar olmadan da bilir ki, məsələn, Müsavatın namizədi İsa Qəmbər olacaq. Vahid namizədin olacağına isə inanmıram”. A. Əlizadə ASDP-nin namizədi ilə bağlı əvvəlcədən hər hansı fikir bildirmək istəmədiyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR