Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan öz ərazilərinin bir santimetrinin də itirilməsini qəbul etməyəcək”

Elmar Məmmədyarov: “Azərbaycan öz ərazilərinin bir santimetrinin də itirilməsini qəbul etməyəcək”
# 30 noyabr 2007 12:23 (UTC +04:00)
O, təəssüflə bildirib ki, üç il ərzində prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan intensiv danışıqlardan sonra Ermənistan yenə də Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsi və etnik təmizləmə siyasəti aparması faktını ört-basdır etməyə çalışır: “Üstəlik, Ermənistan rəhbərliyi münaqişəyə dini çalar əlavə etmək və onu xristian və müsəlmanların qarşıdurması kimi təqdim etmək üçün çox təhlükəli cəhdlər göstərir. Ermənistan Azərbaycana məxsus təbii ehtiyatların qeyri-leqal şəkildə istismarını da gücləndirib. Bu cür fəaliyyətlər danışıqlar prosesinə kömək etmir. Bu siyasət iflasa uğrayacaq və uğursuzluqla nəticələnəcək, çünki Azərbaycan öz ərazilərinin bir santimetrinin də itirilməsini qəbul etməyəcək və tanımayacaq. Ermənistan bu uğursuz cəhdlərinə son qoyaraq münaqişənin hər iki xalqın marağına uyğun sülh yolu ilə həlli üçün danışıqlar aparmalıdır. Biz diqqətimizi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə məsələsinin birbaşa və tamhüquqlu müzakirəsinə cəlb olunması imkanlarının yaradılmasına yönəltməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR