Bank Of Baku

Elmar Məmmədyarov beynəlxalq ictimaiyyəti GUAM-ın münaqişələrin həlli ilə bağlı mövqeyini dəstəkləməyə çağırıb

Elmar Məmmədyarov beynəlxalq ictimaiyyəti GUAM-ın münaqişələrin həlli ilə bağlı mövqeyini dəstəkləməyə çağırıb
# 30 noyabr 2007 13:21 (UTC +04:00)
O, GUAM-ın 10 il əvvəl yaradıldığını və hazırda təşkilata Azərbaycanın sədrlik etdiyini xatırladıb: “Biz ümumi problemlərimizin həlli naminə birləşmişik və məqsədimiz ölkələrimizin siyasi-iqtisadi inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır. İnkişaf və çiçəklənmə iqtisadi proqreslə müşayiət olunur, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artır. GUAM enerji təhlükəsizliyi və ehtiyatların diversifikasiyasında vacib rol oynayır. GUAM ölkələri həmçinin Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Biz beynəlxalq nəqliyyat sisteminin mühüm komponenti olan bu dəhlizin inkişafı üzərində fəal çalışırıq. Bütün bunlar GUAM-ın regionun inkişafına böyük töhfə verdiyini söyləməyə əsas verir. Ancaq sabitlik olmadan inkişaf və çiçəklənmə mümkün deyil. Bu səbəblə GUAM ölkələri terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik maddə və silah qaçaqmalçılığı, trafikinq kimi ümumi problemlərə qarşı mübarizə aparır. GUAM Avrasiya məkanında sabitlik və təhlükəsizliyin genişlənməsinə də tədricən öz töhfəsini verir. Ancaq üzv ölkələrin ərazisindəki Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri GUAM-ın inkişafını çətinləşdirir. İşğal altındakı ərazilərdə mərkəzi hakimiyyətin nəzarətinin olmaması həmin ərazilərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni iqtisadi fəaliyyətin çiçəklənməsinə şərait yaradır”. E. Məmmədyarov bəyan edib ki, işğalçılıq, etnik təmizləmə, aqressiv millətçilik siyasətinə müasir dünyada, o cümlədən ATƏT məkanında yer yoxdur: “Münaqişələrin həlli ilə bağlı vahid mövqeyimiz ərazi bütövlüyü prinsipinə hörmət göstərilməsi və qaçqınların öz yerlərinə qayıtmasının təmin edilməsindən ibarətdir. Bu mövqe beynəlxalq hüquqa əsaslanır və BMT Təhlükəsizlik Şurasının qətnamələrində, ATƏT-in qərarlarında öz əksini tapıb. Biz bunun münaqişələri həlli üçün ən yaxşı yol olduğuna inanır, beynəlxalq ictimaiyyəti də bu mövqeni dəstəkləməyə, bununla da ATƏT-in təməl dəyərlərinin bərpasına töhfə verməyə çağırırıq”. E. Məmmədyarov ATƏT-də sədrliyi başa çatan İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosa təşəkkür edərək yeni sədr Finlandiyanın xarici işlər naziri İlkka Kanervanı salamlayıb. O, Türkiyədə baş verən təyyarə qəzası ilə əlaqədar türk xalqına başsağlığı da verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR