Bank Of Baku

Dekabrda KXCP Ali Məclisinin iclası keçiriləcək

Dekabrda KXCP Ali Məclisinin iclası keçiriləcək
# 30 noyabr 2007 13:25 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) dekabrın ikinci yarısında Ali Məclisinin iclasını keçirəcək. Partiyanın sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, partiyanın yaxın gələcəkdə atacağı addımlar müzakirə ediləcək, əsas diqqət isə 2008-ci ildə keçiriləcək prezident seçkilərinə yönələcək. M. Mirəlioğlu Ali Məclisin iclasında KXCP-nin seçkilərə hansı formatda qatılacağı, öz namizədinin olub-olmayacağı ilə bağlı məsələlərin öz həllini tapacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR