Bank Of Baku

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif olunan əsas prinsipləri dəstəkləyir

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif olunan əsas prinsipləri dəstəkləyir
# 30 noyabr 2007 13:38 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, açıqlamada noyabrın 29-da Madriddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əsas prinsiplər toplusunun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunduğu bildirilir: “Qeyd olunduğu kimi, danışıqların son üç ili ərzində həmsədr dövlətlərin vasitəçiliyi sayəsində iki tərəf arasındakı yanaşma müxtəlifliyi azalıb və tərəflər arasında həll olunası cəmi bir neçə fikir ayrılığı qalıb. Üç həmsədr dövlətin nümayəndələri tərəfindən qeyd olunduğu kimi, təqdim olunan birgə təkliflər tərəflərə razılaşdırılmamış məsələlərin ədalətli və konstruktiv həllini təklif edir. Münaqişə iştirakçıları təklif olunmuş əsas prinsipləri təsdiqləyərək danışıqların cari mərhələsini yekunlaşdırmağa və geniş sülh sazişi layihəsinin hazırlanmasına başlamağa çağırılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR