Bank Of Baku

KXCP-nin təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan partiyaların formalaşdırdığı işçi qrupun toplantısı dekabrın 3-də keçiriləcək

KXCP-nin təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan partiyaların formalaşdırdığı işçi qrupun toplantısı dekabrın 3-də keçiriləcək
# 01 dekabr 2007 09:50 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan bir neçə partiyanın formalaşdırdığı işçi qrupun toplantısı dekabrın 3-də keçiriləcək. KXCP sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, toplantıya Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Sosial Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Böyük Azərbaycan, Ümid, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi, Türk Millətçi partiyaları, “Azərbaycan Yolu” Siyasi Hərəkatı və “Bizim Azərbaycan” Blokunun nümayəndələri iştirak edəcək. M.Mirəlioğlunun sözlərinə görə, toplantıda partiyaların hansı sahələrdə əməkdaşlığın mümkün olması araşdırılacaq. Burada hazırlanan təkliflər paketi Sədrlər Şurasının toplantısında daha geniş şəkildə müzakirəyə çıxarılacaq. Yekun toplantıda isə müxalifətin seçkiöncəsi fəaliyyəti ilə bağlı sənəd qəbul ediləcək. M. Mirəlioğlu toplantılara qatılan partiyalar arasında müzakirəyə çıxarılan məsələlərlə bağlı heç bir fikir ayrılığının olmadığını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR