Bank Of Baku

Strasburqda demokratiyanın inkişafı və qanunun aliliyi mövzusunda seminar keçirilir

Strasburqda demokratiyanın inkişafı və qanunun aliliyi mövzusunda seminar keçirilir
# 03 dekabr 2007 08:56 (UTC +04:00)
Bu gün Strasburqda demokratiyanın inkişafı və qanunun aliliyi mövzusunda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) təşkil etdiyi ikigünlük seminar işə başlayıb. APA-nın məlumatına görə, seminara Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rusiya, Serbiya və Ermənistanın parlament nümayəndələri və ekspertləri dəvət olunub. Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycanı seminarda ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin əməkdaşları təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR