Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi: “Ermənistanda generallarla dövlət rəhbərliyi arasında qarşıdurma artıq açıq müstəviyə keçib”

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi: “Ermənistanda generallarla dövlət rəhbərliyi arasında qarşıdurma artıq açıq müstəviyə keçib”
# 03 dekabr 2007 09:47 (UTC +04:00)
Bunu APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistanın baş naziri Serj Sarkisyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici jurnalistlərə verdiyi açıqlamaya münasibət bildirərkən deyib. E. Sabiroğlu qeyd edib ki, Ermənistanda generallarla dövlət rəhbərliyi arasında qarşıdurma artıq açıq müstəviyə keçib. Əhalinin həm orduya, həm də ölkə rəhbərliyinə inamı itib: “Ermənistan baş prokurorunun verdiyi məlumata görə, təkcə bir il ərzində 46 hərbçi rüşvət alma və nizamnamədən kənar digər cinayət törətdiyi üçün mühakimə olunub. Ölkə parlamentinin üzvü Zaruhi Bostançyanın erməni ordusunda hərbi nizamnamələrə uyğun qanuni cəza mexanizmlərinin yoxluğu barədə verdiyi bəyanatda Ermənistan Silahlı Qüvvələrində hansı vəziyyətin hökm sürdüyünü aydın görmək mümkündür. Erməni ordusunda qeyri-rəsmi nəzarətçilər mövcuddur ki, birləşmə komandirləri idarəetməni onlar vasitəsilə həyata keçirirlər. Qanunsuz nəzarətçilər hər şeyi həll edirlər, tabe olmayanları isə cəzalandırırlar. Məzuniyyətə göndərilən əsgərlər bu nəzarətçilərə müxtəlif hədiyyələr, pul, yemək, siqaret və s. gətirirlər”.
E. Sabiroğlu deyib ki, S. Sarkisyan xarici mətbuat nümayəndələrinə Ermənistandakı iqtisadi-sosial, hərbi vəziyyət barədə danışmaq istəyib. Onun sözlərinə görə, jurnalistlər konkret misallar göstərməsini istədikdə isə baş nazir susub: “Çünki üzə çıxarılacaq bir şey yoxdur. Əhali aclıq və səfalət içindədir, Ermənistanın iqtisadiyyatı, kənd təsərrüfatı demək olar ki, dağılıb. Yürütdüyü ağılsız siyasət nəticəsində Ermənistan özünü bütün qlobal layihələrdən kənarda saxlayıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, Serj Sarkisyan Azərbaycana qarşı həyasız ittihamlarını davam etdirir: “Görünür, Azərbaycan müdafiə naziri Səfər Əbiyevin bölgədə vəziyyətin dəyişəcəyi, dinc nizamlanma səmərəsiz qalsa, müharibə ehtimalının qaçılmaz olduğu barədə fikirləri insan qatili Serj Sarkisyanın xoşuna gəlməyib. Dağlı Qarabağ münaqişəsinin iki yolu var sülh və ya müharibə. İndiyədək sülh danışıqları Ermənistanın işğalçı və qəsbkar siyasəti nəticəsində fayda vermədiyindən torpaqlarını təcavüzkardan təmizləməsi Azərbaycanın suveren hüququdur. Bunun üçün ölkəmizin hər cür imkanı var”.
Qeyd edək ki, S. Sarkisyan noyabrın 29-da xarici mətbuat nümayəndələri ilə görüşü zamanı Azərbaycan tərəfini ittiham edib. Baş nazir deyib ki, münaqişənin hərbi yolla həllini düşünmək ağılsızlıqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR