Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti ABŞ Milli Demokratiya İnstitutunda görüş keçirib

AVCİYA-nın nümayəndə heyəti ABŞ Milli Demokratiya İnstitutunda görüş keçirib
# 03 dekabr 2007 10:42 (UTC +04:00)
ABŞ-ın “Bob Lorens Assosiasiyası”nın dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti Milli Demokratiya İnstitutunda (MDİ) görüş keçiriblər. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov təmsil etdiyi qurumla bağlı məlumat verib, MDİ-nin Qafqaz və Orta Asiya üzrə proqram rəhbəri Leyla Əliyeva, ABŞ-ın “Bob Lorens Assosiasiyası”nın üzvləri ilə birgə Azərbaycanda insan haqlarının vəziyyəti, söz və mətbuat azadlığı, gələn il keçiriləcək prezident seçkilərlə bağlı müzakirə aparılıb. Nümayəndə heyəti həmçinin Beynəlxalq Münasibətlər üzrə Şuranın vitse-prezidenti Kay King və rəhbərlikdə təmsil olunan digər üzvlərlə görüş keçirilib. Görüşdə tərəflər bir-birlərinə təşkilatları barədə qarşılıqlı məlumat veriblər. K.Kinq rəhbərlik etdiyi qurumun fəaliyyəti və apardığı tədqiqatlarla ABŞ-ın xarici siyasətinin həyata keçirilməsinə yaxından dəstək verdiyini qeyd edib. O, apardıqları tədqiqatlarda cənubi Qafqaz regionunun prioritet təşkil etdiyini vurğulayıb. Nümayəndə heyətinin görüşləri davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR