Bank Of Baku

Strasburqda MONEYVAL-ın növbəti plenar sessiyası keçirilir

Strasburqda MONEYVAL-ın növbəti plenar sessiyası keçirilir
# 03 dekabr 2007 12:12 (UTC +04:00)
Strasburqda Çirkli Pulların Yuyulmasına Qarşı Ölçülərin Dəyərləndirilməsinə dair Avropa Şurası Ekspertlər Komitəsinin (MONEYVAL) növbəti plenar sessiyası keçirilir.
APA-nın Avropa bürosunun məlumatına görə, dekabrın 6-na qədər davam edəcək sessiyada həmçinin MONEYVAl-ın yaranmasının 10 illiyi qeyd olunacaq. Monitorinq mexanizminə malik olan bu komitə Avropa Şurasına üzv ölkələrdə terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı milli ölçülərin nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirir. Ekspertlər Komitəsinin sessiyası çərçivəsində Avropa Şurası baş katibi Terri Devisin çıxışı da nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR