Bank Of Baku

Ana Vətən Partiyasının növbəti qurultayı 2008-ci ilin may-iyun aylarında keçiriləcək

Ana Vətən Partiyasının növbəti qurultayı 2008-ci ilin may-iyun aylarında keçiriləcək
# 03 dekabr 2007 12:27 (UTC +04:00)
Ana Vətən Partiyasının (AVP) növbəti qurultayının 2008-ci ilin may-iyun aylarında keçirilməsi nəzərdə tutulub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qərar AVP-nin Ali Məclisinin iclasında qəbul edilib. İclasda partiyanın V qurultayına hazırlıq məsələləri müzakirə olunub və 11 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. İclasda, həmçinin, partiyanın qurultayının gündəliyi müzakirə edilib. Gündəliyə əsasən, 2008-ci il prezident seçkilərində iştirak edəcək namizəd qurultayda müəyyənləşəcək. İclasda təşkilati məsələlərə də baxılıb, partiyanın yeni yaradılmış yerli təşkilatlarının səlahiyyətləri təsdiq edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR