Bank Of Baku

İki Zaqatala sakini Heydər Əliyevin məzarını ziyarət etmək məqsədi ilə piyada Bakıya yola düşüb

İki Zaqatala sakini Heydər Əliyevin məzarını ziyarət etmək məqsədi ilə piyada Bakıya yola düşüb
# 03 dekabr 2007 13:17 (UTC +04:00)
İki Zaqatala sakini Heydər Əliyevin məzarını ziyarət etmək məqsədi ilə piyada Zaqataladan Bakı şəhərinə yola düşüb. Zaqatala Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon sakinləri Hacıməmməd Bilalov və Ruslan Cəfərov bu marafona könüllü qoşulublar. Onlar həmçinin rayon rəhbərliyi tərəfindən isti paltar, telefon və pulla təmin ediliblər. Ziyarətçilər dekabrın 2-də Zaqataladan paytaxta yola düşüb. Onlar gündə 45 kilometr getməklə ümumilikdə 450 kilometr yol qət etməlidir, mənzil başına isə dekabrın 11-də çatacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR