Bank Of Baku

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni təklifləri qəbuledilməz sayır

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni təklifləri qəbuledilməz sayır
# 03 dekabr 2007 13:50 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Madriddə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunan həll planı ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlarda şəffaflığın təmin edilmədiyi bildirilir. ADP rəhbərliyi hesab edir ki, xalq təkliflərin tam mətni və mahiyyəti ilə tanış olmalıdır. Bəyanat müəlliflərinin fikrincə, yeni təkliflər Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, dövlət müstəqilliyinə real təhlükə yaradır və qəbuledilməzdir: “Dağlıq Qarabağın statusu və referendum məsələsinin müzakirəyə çıxarılması bundan əvvəl qəbul edilmiş BMT qətnamələrinə ziddir”. ADP Azərbaycan hakimiyyətini Ermənistanın BMT tərəfindən təcavüzkar dövlət kimi tanınması istiqamətində ardıcıl və prinsipial siyasət yürütməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR