Bank Of Baku

Hərbi ekspert Azad İsazadə: “Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları çoxdan azad edə bilərdi”

Hərbi ekspert Azad İsazadə: “Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları çoxdan azad edə bilərdi”
# 03 dekabr 2007 13:50 (UTC +04:00)
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu və hərbi ekspert Azad İsazadə Rusiya-Azərbaycan münasibətlərinə həsr olunmuş mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, M. Əhmədoğlu Cənubi Qafqazda sülhün bərqərar olmasında Rusiyanın rolundan danışıb. O bildirib ki, Azərbaycan bölgədəki münaqişələrin həllində Rusiyanın əhəmiyyəti anlayır və bu ölkə ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. Politoloq əməkdaşlığın genişlənməsində qarşıya çıxan problemlərin həllinin vacibliyindən də danışıb: “Rusiyanın Azərbaycanı narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm addımlar atmaq imkanı var. Amma Rusiyanın bu addımı atmamasının səbəbləri başa düşülmür”. Hərbi ekspert Azad İsazadə isə deyib ki, Rusiya Cənubi Qafqazda sürətlə silahlanmada maraqlıdır və bu məqsədlə həm Ermənistan, həm də Azərbaycanın hərbi büdcəsinin artmasına sakit yanaşır. Ekspertin fikrincə, Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfərinin məqsədlərindən biri də silah satışı ilə bağlı olub. A. İsazadə işğal altındakı torpaqların azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlara başlamasının mümkün olduğunu da vurğulayıb: “Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları çoxdan azad edə bilərdi. Çünki Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrindən daha güclüdür. Bu səbəbdən də uğurlu əməliyyat aparıla bilər. Dünyanın heç bir dövləti öz ərazimizdə bu əməliyyatların aparılmasına mane ola bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR