Bank Of Baku

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı dekabrın 22-nə təyin olunan aksiyaya icazə verilməyib

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı dekabrın 22-nə təyin olunan aksiyaya icazə verilməyib
# 19 dekabr 2007 12:08 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyinin bu gün göndərdiyi cavab məktubunda aksiyanın Səbayel rayonu ərazisində - “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsi təklif edilib. İctimai təşkilatların Bibiheybət qəsəbəsi sakinlərinin sosial problemləri ilə bağlı dekabrın 23-nə “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionuna təyin etdikləri digər aksiyaya isə BŞİH razılıq verib. E. Namazov bildirib ki, Bibiheybətdə aksiya keçirib-keçirməyəcəkləri ilə bağlı bu günün sonuna kimi qərar qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR