Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Belarusun müdafiə nazirini qəbul edib

Azərbaycan Milli Məclisinin sədri Belarusun müdafiə nazirini qəbul edib
# 19 dekabr 2007 14:07 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Belarusun müdafiə naziri general-polkovnik Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə spiker Azərbaycanın Belarusla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın Belarusla iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığa maraq göstərdiyini deyən spiker iki ölkə arasında ticarət dövriyyəsinin həcminin xeyli artdığını xatırladıb.
Leonid Maltsev öz növbəsində Belarusla Azərbaycan arasında əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR