Bank Of Baku

Azərbaycanda Söz Azadlığını Müdafiə Komitəsi dekabrın 22-si və 23-nə təyin etdiyi aksiyaları təxirə salıb

Azərbaycanda Söz Azadlığını Müdafiə Komitəsi dekabrın 22-si və 23-nə təyin etdiyi aksiyaları təxirə salıb
# 19 dekabr 2007 14:37 (UTC +04:00)
Söz Azadlığını Müdafiə Komitəsi dekabrın 22-nə Ukrayna meydanına təyin etdiyi mitinqi, 23-nə isə “Bibiheybət” qəsəbəsində yerləşən stadionda yerli əhali ilə keçirməyi planlaşdırdığı görüşü təxirə salıb. Komitənin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, birinci aksiyanın təxirə salınmasının səbəbi şəhər rəhbərliyinin mitinqin Ukrayna meydanında keçirilməsinə razılıq verməməsidir. İkinci aksiya isə təşkilatçıların “Bibiheybət” stadionunda yerli əhali ilə görüş üçün müraciət etməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin eyni stadionda mitinqə icazə verməsi səbəb olub. Komitə hesab edir ki, şəhər rəhbərliyi bu cavabı ilə aksiyaların keçirilməsinə icazə verməyib. Komitə İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerdə və formatda aksiyalar keçirməyi məqbul saymadığını, bununla bağlı məhkəməyə, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasına və digər beynəlxalq qurumlara müraciət edəcəyini bildirir: “Biz İcra Hakimiyyətinə sorğu göndərərək, paytaxt ərazisində mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə izahat istəyəcəyik”. Komitə Azərbaycanda sərbəst toplaşmaq hüququnun bərpasına nail olmaq üçün daimi fəaliyyətə keçmək barədə də qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR