Bank Of Baku

Beş müxalifət partiyası Avropa Şurasına müraciət hazırlamaq barədə müzakirələr aparır

Beş müxalifət partiyası Avropa Şurasına müraciət hazırlamaq barədə müzakirələr aparır
# 20 dekabr 2007 09:23 (UTC +04:00)
Beş müxalifət partiyası Avropa Şurasına müraciət hazırlamaq barədə müzakirələr aparır. Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. A. Hacılı bu qərarın beş müxalifət partiyasının (Müsavat, ADP, AMİP, Tərəqqi və Azərbaycan Naminə İctimai Forum) dekabrın 18-də keçirilən toplantısında verildiyini söyləyib. O, ölkədə söz və mətbuat azadlığının vəziyyəti, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi, sərbəst toplaşmaq azadlığının bərpa edilməsi və hökumətin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar Avropa Şurasına müraciət hazırlayacaqlarını söyləyib: “Müraciətdə Azərbaycanda insan haqları sahəsindəki çatışmazlıqlar, sosial-iqtisadi problemlər göstəriləcək və Avropa Şurasından xahiş olunacaq ki, Azərbaycandan AŞ qarşısında götürdüyü öhdəliklərin hamısını yerinə yetirməyi tələb etsin və ölkədə siyasi məhbus problemi ilə bağlı məruzəçi təyin edilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR