Bank Of Baku

“İlhamla İrəli” aksiyasının və eyni adlı veb səhifənin təqdimatı olub

“İlhamla İrəli” aksiyasının və eyni adlı veb səhifənin təqdimatı olub
# 20 dekabr 2007 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı bildirib ki, prezident İlham Əliyevin gənclərə, gənclərin isə ona olan dəstəyinin qarşılıqlı olması üçün hərəkatın təşəbbüsü ilə “İlhamla İrəli” adlı aksiyaya start verilir. Aksiya çərçivəsində dekabrın 23-də “Sevgi İlə İrəli” şüarı altında silsilə tədbirlər keçiriləcək. Onun sözlərinə görə, həmin gün Azərbaycan prospektində bir sıra binanın eyvanından Azərbaycanın dövlət bayrağı asılacaq, həmçinin iki istiqamətdən-Dənizkənarı Milli Parkda yerləşən “Saat qülləsi”nin yanından və Fəxri Xiyabandan Bakı İdman Sarayına doğru “İrəli”nin kiçik qruplarının yürüşü keçiriləcək. Tədbirdə www.ilhamlaireli.az internet səhifəsinin təqdimat mərasimi də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR