Bank Of Baku

Dekabrın 23-də Müsavat Partiyasının Gənclər Təşkilatına sədr seçkisi keçiriləcək

Dekabrın 23-də Müsavat Partiyasının Gənclər Təşkilatına sədr seçkisi keçiriləcək
# 20 dekabr 2007 10:28 (UTC +04:00)
Dekabrın 23-də Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri özlərinə sədr seçəcək. Bu barədə APA-ya sədrliyə namizədlərdən biri, Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Tural Abbaslı məlumat verib. T. Abbaslı təşkilatdan iki nəfərin sədrliyə namizədliyinin irəli sürdüyünü söyləyib. O, digər namizədin Müsavat Partiyası Gənclər Təşkilatının üzvü, adı çəkilən partiyanın Yasamal rayon təşkilatının gənclərlə iş üzrə sədr müavini Zaur Əkbər olduğunu bildirib: “Müsavat Gənclər Təşkilatı 10 ildən artıqdır fəaliyyət göstərir və bu günə kimi Azərbaycanda ən aparıcı gənclər təşkilatlarından biri olub. Təşkilat istər beynəlxalq aləmdə, istərsə də gənclər arasında aparılan siyasətdə çox mühüm addımlar atıb. Sədrin kim olmasından asılı olmayaraq, bundan sonra da öz adət-ənənəmizdən geri qalmayacağıq.” T. Abbaslı sədr seçildiyi təqdirdə, müasir siyasi texnologiyalardan istifadə edərək gəncləri təşkilat sıralarına cəlb edəcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR