Bank Of Baku

Rumıniyada “GUAM-ın 10 illiyi: nailiyyətlər və persrektivlər” mövzusunda seminar keçirilib

Rumıniyada “GUAM-ın 10 illiyi: nailiyyətlər və persrektivlər” mövzusunda seminar keçirilib
# 20 dekabr 2007 12:05 (UTC +04:00)
Tədbir Azərbaycanın Rumıniyadakı səfirliyi, EURİSC (Təhdid, təhlükə və kommunikasiya vasitələri ilə idarəçilik üzrə Avropa İnstitutu) və Rumıniyanın beynəlxalq araşdırmalar institutu ilə birlikdə təşkil edilib. Seminarda GUAM ölkələrinin, Avstriya, Belçika, Polşa, Yaponiya səfirləri, Avropa Komissiyasının nümayəndəsi, Litva, Bolqarıstan, Belarus, Rusiya və Çexiya, digər diplomatik nümayəndəliklərin təmsilçiləri, Senatı, parlamenti, Xarici İşlər Nazirliyi və digər dövlət orqanlarının, Trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzin, qeyri-hökumət təşkilatları, tədqiqat mərkəzləri, institut və universitetlərinin nümayəndələri, Rumıniya Səfirlər Assosiasiyasının üzvləri (sabiq səfirlər) iştirak ediblər. Seminarda Səfir Eldar Həsənov GUAM-a sədrlik edən ölkənin təmsilçisi qismində, təşkilatın tarixi, inkişaf mərhələləri, nailiyyətləri və perspektivləri, Azərbaycanın sədrliyi dövründə həyata keçirilən tədbirlər barədə geniş çıxış edib. Seminarda Rumıniyanın GUAM-a dəstəyi, GUAM Qara Dəniz əməkdaşlığı və təhlükəsizliyi kontekstində, GUAM məkanında həlli uzadılmış münaqişələr, onların nəticələri və təsirləri, regional əməkdaşlıq, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri mövzusunda çıxışlar edilib. Azərbaycan səfirliyi tərəfindən EURİSC fondu və Rumıniyanın beynəlxalq araşdırmalar institutu birlikdə “GUAMın on illiyi nailiyyətlər və perspektivlər” başlıqlı kitab formatında xüsusi buraxılış çar ediləcək. Xüsusi buraxılışda GUAM haqqında tam məlumat, mühüm sənədlər, həmçinin Buxarestdəki seminarda edilən çıxışlar öz əksini tapacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR