Bank Of Baku

Xələf Xələfov: “Keşikçidağın dövlət tarix-mədəniyyət qoruğu elan olunmasının delimitasiya məsələlərinə heç bir aidiyyəti yoxdur”

Xələf Xələfov: “Keşikçidağın dövlət tarix-mədəniyyət qoruğu elan olunmasının delimitasiya məsələlərinə heç bir aidiyyəti yoxdur”
# 20 dekabr 2007 15:55 (UTC +04:00)
“Keşikçidağın dövlət tarix-mədəniyyət qoruğu elan olunmasının delimitasiya məsələlərinə heç bir aidiyyəti yoxdur. Bu, Azərbaycanın daxili işidir və dövlət ərazisinin hansı sahəsini qoruq etmək istəyirsə, bunu edə bilər”. APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov prezidentin sərəncamı ilə Keşikçidağın dövlət tarix-mədəniyyət qoruğu elan olunmasına münasibət bildirərkən deyib. “İnanıram və ümid edirəm ki, Gürcüstanla dövlət sərhədlərinin delimitasiya prosesi əvvəlki kimi davam edəcək” deyən nazir müavini növbəti görüşün gələn il keçiriləcəyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, razılaşdırılmayan sahələr üzrə məsələləri müzakirə edib onların razılaşdırılmasına nail olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR