Bank Of Baku

Xəzər İbrahim: “2007-ci ildə beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmlənib”

Xəzər İbrahim: “2007-ci ildə beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmlənib”
# 24 dekabr 2007 11:11 (UTC +04:00)
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında 2007-ci ilin yekunlarını dəyərləndirib. APA-nın məlumatına görə, X. İbrahim bu il beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmləndiyini deyib. O bildirib ki, Azərbaycan üçün ən prioritet məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin bir, xarici işlər nazirlərinin isə dörd görüşü keçirilib. Bundan başqa, vasitəçilər dəfələrlə regiona gəliblər, ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinos, ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker Azərbaycan və Ermənistana səfərlər ediblər. X. İbrahim Azərbaycanın İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasında, GUAM-da, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) sədrlik etdiyini xatırladıb, həmçinin Ümumdünya Ticarət Təşkilatına üzvlük yolunda görülən işlər, NATO və digər təşkilatlarla əməkdaşlığın inkişafı barədə danışıb. X. İbrahimin sözlərinə görə, Azərbaycan 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları davam etdirəcək: “İnanırıq ki, diplomatik imkanlar tükənməyib”. X. İbrahim həmsədrlərin nikbinliyinin reallaşmasını çox istədiklərini vurğulayaraq deyib ki, Ermənistan konstruktiv mövqe tutarsa, proses irəli gedər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR