Bank Of Baku

Gəncədə prezident İlham Əliyevin ad günü ilə əlaqədar 3,4 ton çəkisi olan nəhəng tort hazırlanıb - FOTOSESSIYA

Gəncədə prezident İlham Əliyevin ad günü ilə əlaqədar 3,4 ton çəkisi olan nəhəng tort hazırlanıb - <font color=#FF0000>FOTOSESSIYA</font>
# 24 dekabr 2007 11:57 (UTC +04:00)
Tortun üzərinə müxtəlif bəzək elementləri ilə yanaşı, Kəpəz dağı və Göy-gölün şəkli həkk edilib. Bu nəhəng tortun hazırlanmasına 700 kiloqram un, 630 kiloqram şəkər, 13000 ədəd yumurta, 90 kiloqram ləpə, 150 litr süd, 120 kiloqram kərə yağı, 14 kiloqram kakao, 6 kiloqram gilas və s. ədviyyat sərf olunub. 3,4 ton ağırlığında olan tort türk iş adamı Müzəffər Agüloğlunun rəhbərliyi altında hazırlanıb. Bu cür nəhəng tortun hazırlanmasına təxminən 4000-6000 manat vəsait tələb olunur. APA-nın Qərb bürosunun məlumatına görə, prezident İlham Əliyevin ad günü ilə əlaqədar bu gün Gəncənin Heydər Əliyev adına meydanında 3,4 ton ağırlığında tortun kəsilməsi mərasimi keçirilib. Şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə nəhəng tortu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsib. Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran Eldar Əzizov Gəncənin sürətlə inkişafında prezident İlham Əliyevin bu şəhərə diqqətinin xüsusi rol oynadığını deyib və Gəncə iş adamlarının təşəbbüsü ilə hazırlanan nəhəng tortun dövlət başçısına ad günü hədiyyəsi olduğunu vurğulayıb: “Biz qarşıdan gələn Yeni ili qarşılamağa hazırlaşırıq. Bu gün isə həm də prezident İlham Əliyevin ad günüdür. Bu münasibətlə Gəncənin iş adamları bu nəhəng tortu hazırlayıblar. Gəncə çoxşaxəli inkişaf yolundadır, əminliklə deyə bilərik ki, şəhərimiz prezident İlham Əliyevin sayəsində inkişaf edir. Biz öz növbəmizdə cənab prezidenti ad günü münasibəti ilə təbrik edir, ona böyük uğurlar arzulayırıq”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR