Bank Of Baku

Rusiyada nəşr edilmiş “İlham Əliyev” kitabının təqdimat mərasimi keçirilib

Rusiyada nəşr edilmiş “İlham Əliyev” kitabının təqdimat mərasimi keçirilib
# 24 dekabr 2007 12:14 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə YAP rəhbərliyi, hökumət təmsilçiləri, Milli Məclis üzvləri, digər siyasi partiyaların rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov kitabın rus araşdırmaçı Viktor Adriyanov və millət vəkili, yazıçı Hüseyn Mirələmovun həmmüəllifliyi ilə hazırlandığını qeyd edib. Kitabda ölkə prezidentinin həyat və fəaliyyətinin əks olunduğunu deyən icra katibi İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi tədbirlər, beynəlxalq aləmdə əldə olunan uğurlar barədə danışıb. Təhsil naziri Misir Mərdanov isə çıxışında kitabın yüksək səviyyədə hazırlandığını və nəşr edildiyini deyib: “Kitabla yaxından tanış olanda əmin olursan ki, İlham Əliyev sadəcə Heydər Əliyev ideyalarını davam etdirmir. O, bu ideyaları təkmilləşdirərək həyata keçirən siyasi liderdir”. Toplantıda həmçinin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkilləri Rafael Hüseynov, Hadı Rəcəbli, akademik Bəkir Nəbiyev, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər şəxslər çıxış ediblər. Qeyd edək ki, “Bioqrafiya davam edir” seriyasından olan “İlham Əliyev” kitabı Rusiyanın “Molodoya qvardiya” nəşriyyatında nəşr edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR