Bank Of Baku

Azərbaycanın millət vəkilləri Özbəkistanda keçirilmiş prezident seçkisini müşahidə ediblər

Azərbaycanın millət vəkilləri Özbəkistanda keçirilmiş prezident seçkisini müşahidə ediblər
# 24 dekabr 2007 12:11 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Özbəkistanda dekabrın 23-də keçirilmiş prezident seçkisini müşahidə ediblər. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyəti səsvermənin gedişini izləyib və ciddi qanun pozuntuları ilə rastlaşmayıb: “Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Özbəkistanla Azərbaycanın yaxşı münasibətləri var. Səfər zamanı biz orada Azərbaycan diasporunun nümayəndələri, özbək dostlarımızla görüşdük, müzakirələr apardıq. Özbəkistan əhalisinin Heydər Əliyevə isti münasibəti var, həmçinin İlham Əliyevin apardığı siyasəti bəyənirlər. Ona görə də nəticənin necə olmasından asılı olmayaraq, münasibətlərdə kardinal dəyişiklik olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR