Bank Of Baku

Azərbaycan XİN ölkə vətəndaşlarının ATƏT strukturlarında işə düzəlməsinə köməklik edir

Azərbaycan XİN ölkə vətəndaşlarının ATƏT strukturlarında işə düzəlməsinə köməklik edir
# 24 dekabr 2007 12:29 (UTC +04:00)
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda işə götürülməsi üçün müxtəlif addımlar atıb. APA-nın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib ki, xarici siyasət idarəsinin dəstəyi olmadan vətəndaşların bəzi beynəlxalq təşkilatlarda çalışması mümkün deyil: “Xüsusilə ATƏT çərçivəsində çoxlu vakansiyanın olduğunu və Azərbaycan vətəndaşlarının müraciətini nəzərə alaraq nazirlik bu təşkilatın müxtəlif missiyalarına vətəndaşlarımızın namizədliyini təqdim edib”. X. İbrahim deyib ki, ATƏT-in Bosniya və Herseqovinadakı Sarayevo missiyasına 1 nəfər, Tuzla missiyasına 1 nəfər, Kosovodakı missiyalarına isə 2 nəfərin namizədliyi irəli sürülüb. Bu namizədlərdən bir neçəsi artıq işə qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR