Bank Of Baku

Bahar Muradova: “Siyasi məhbus məsələsi ilə bağlı Azərbaycan üzrə məruzəçinin təyin olunması üçün əsas yoxdur”

Bahar Muradova: “Siyasi məhbus məsələsi ilə bağlı Azərbaycan üzrə məruzəçinin təyin olunması üçün əsas yoxdur”
# 24 dekabr 2007 12:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onu sözlərinə görə, yeni məruzəçinin təyin olunması üçün təkcə imza toplayanların yox, həm də Azərbaycanın dövlət olaraq rəsmi rəyi önəmlidir. Azərbaycanın rəyi olmadan belə bir qərarın qəbulunun məqsədəuyğun sayılmadığını deyən millət vəkili məsələyə münasibətdə ciddi ziddiyyətlərin meydana çıxacağını gözləmədiyini də qeyd edib. Məruzəçi təyin olunacağı halda hakimiyyətin hansı mövqe nümayiş etdirəcəyinə gəldikdə, B. Muradova buna şərh vermək istəməyib: “Belə fikri ortaya atıblarsa, ehtimal var ki, məruzəçi təyin edilsin. Amma mən ehtimala şərh vermək istəmirəm. Ümumilikdə, bu gün siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin təyin olunması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə məsuliyyətə cəlb olunmayıb. Hansısa cinayət əməlində günahı olduğu üçün həbs edilən şəxslər var ki, onlar da müxtəlif partiyaların üzvüdürlər. Amma partiya üzvü olmaq hər hansı vətəndaşı qanun qarşısında məsuliyyətdən azad etmir. Mən Azərbaycanda siyasi məhbusların olması barədə söylənilənləri qəbul etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR