Bank Of Baku

VHP-nin IV Qurultayında Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib

VHP-nin IV Qurultayında Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib
# 24 dekabr 2007 14:15 (UTC +04:00)
VHP-nin qurultaylararası dövrdə fəaliyyəti barədə çıxış edən partiya sədri Sabir Rüstəmxanlı ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, müxalifət daxilində gedən proseslər və digər məsələlər barədə danışıb: “VHP milli dövlət ənənələrinə əsaslanan partiyadır və ölkədə kənar təsirlər nəticəsində demokratiyaya nail olunacağına inanmır”. O, bəzi müxalifət partiyalarının fəaliyyətini də tənqid edib: “Bu partiyalar seçkini boykot etdiklərini deyirlər, amma seçkidə iştirak edirlər. Legitimliyini saymadıqları prezidentin təşkil etdiyi seçkidə iştirak edirlər. Mən yabançı dəstəklərə, narıncı köynəklərin təbliğatına, böyük güclərin hakimiyyətə gətirdiyi partiyaların millətə xidmət edəcəyinə inanmıram. Dağlıq Qarabağ münaqişəsinin həllindən öncə demokratik dəyərlərin qələbəsinin vacibliyi fikrini də qəbul etmirəm”. S. Rüstəmxanlının fikrincə, ölkədə fəaliyyət göstərən partiyalarda siyasi etiraf mədəniyyəti də aşağıdır.
Tədbirə qonaq qismində qatılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu VHP sədrinin müxalifətin ünvanına dediyi tənqidi fikirlərə münasibət bildirib və hadisələrə emosional yanaşılmasına ehtiyac görmədiyini deyib. Onun sözlərinə görə, zamana uyğun olaraq siyasətçi mövqeyini və atacağı addımı dəyişdirə bilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə müxalifətin ittiham olunmasını düzgün saymayıb. O bildirib ki, ölkədə baş verən mənfi və müsbət hadisələrə görə iqtidar məsuliyyət daşıyır. Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, millət vəkili Pənah Hüseyn və digər qonaqlar müxalifətdaxili proseslər və ölkədəki siyasi mühit barədə çıxış ediblər. Sonra qurultayda VHP Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatı dinlənilib, partiyanın Nizamnamə və Məramnaməsində bir sıra dəyişikliklər edilib. Tədbirin sonunda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə keçirilən səsvermədə Sabir Rüstəmxanlı növbəti müddətə VHP sədri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR