Bank Of Baku

Rauf Qurbanov: “AKP-nin möhür və sənədlərini Rüstəm Şahsuvarovdan alacağıq”

Rauf Qurbanov: “AKP-nin möhür və sənədlərini Rüstəm Şahsuvarovdan alacağıq”
# 24 dekabr 2007 14:44 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) Rauf Qurbanovun rəhbərlik etdiyi qanadının dünən keçirilən qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Rauf Qurbanov bildirib ki, onlar AKP sədrliyinə iddia edən Rüstəm Şahsuvarovdan partiyanın möhür və digər sənədlərini geri alacaqlar. Bunun üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklərini də qeyd edən R. Qurbanov partiyanın qərargahı ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bu məsələni araşdırdıq və bəlli oldu ki, Heydər Əliyev tərəfindən verilən qərargah İqtisadi İnkişaf Nazirliyinin keçirdiyi hərracda Ramiz Əhmədovun ailə üzvü tərəfindən satın alınıb. Bu mənada biz qərargahla bağlı məhkəməyə müraciət edə bilməyəcəyik. Amma qurultayın legitimliyinin tanınması üçün qurultayın yekun sənədlərini və partiyanın Nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəcəyik. İnanırıq ki, Ədliyyə Nazirliyi qurultayın legitimliyini qəbul edəcək”. R. Qurbanov deyib ki, Nizamnamədə edilən dəyişikliyə əsasən, bundan sonra AKP sədri 2 dəfə 5 il müddətinə seçilə biləcək, sədr vəzifəsi üçün isə yaş həddi yoxdur. O, bu üsulun digər partiyalarda da istifadəsini vacib hesab edib. Mətbuat Konfransında çıxış edən Kommunist Partiyaları İttifaqının sədr müavini Yevgeni Kopışev Azərbaycan Kommunist Partiyasının qurultayında iştirak etmək məqsədilə Bakıya gəldiyini deyib. Rauf Qurbanovun rəhbərliyi ilə AKP-nin dekabrın 23-də keçirilən qurultayının qərarlarını tanıdıqlarını deyən Y. Kopışevin sözlərinə görə, onlar bu siyasi təşkilatla əməkdaşlığa üstünlük verəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR