Bank Of Baku

İnsan Haqları üzrə İşçi Qrupun üzvü: “Hakimiyyət təmsilçiləri bizə bildirdilər ki, əfv fərmanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində imzalanacaq”

İnsan Haqları üzrə İşçi Qrupun üzvü: “Hakimiyyət təmsilçiləri bizə bildirdilər ki, əfv fərmanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində imzalanacaq”
# 24 dekabr 2007 15:01 (UTC +04:00)
İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı APA-ya bildirib ki, Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun, Azərbaycanının AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun, Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Ali Məhkəmənin təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda əsas müzakirələr gözlənilən əfv fərmanı ilə bağlı olub: “Görüşün keçirilməsində məqsəd hüquq müdafiəçilərinin fərmanla bağlı fikirlərini, təkliflərini öyrənmək idi. Bizə bildirildi ki, fərman 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində imzalanacaq. Eyni zamanda o da qeyd olundu ki, Əfv Komissiyası indiyə qədər 550 müraciətə baxıb”.
S. Qocamanlının sözlərinə görə, hakimiyyət təmsilçiləri Əfv Komissiyasında məhbusların özləri tərəfindən yazılan əfv ərizələrinin müzakirə olunduğunu bildiriblər: “Öyrəndik ki, həbsdə olan jurnalistlərdən Mirzə Sakit, Fərəməz Allahverdiyev və Yaşar Ağazadə əfv ərizəsi yazmayıb. Mirzə Sakitin ailəsi tərəfindən də komissiyaya belə bir müraciət edilməyib”.
İşçi Qrupun fəaliyyətini davam etdirməsini zəruri saydıqlarını bildirən hüquq müdafiəçisi əfv fərmanı imzalanandan sonra - gələn ilin əvvəllərində qurumun növbəti iclasının keçirilməsi barədə razılığa gəldiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR