Bank Of Baku

Bahar Muradova: “ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyilik”

Bahar Muradova: “ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyilik”
# 24 dekabr 2007 16:11 (UTC +04:00)
“Biz dəfələrlə demişik ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı deyilik. Bu günə qədər ATƏT-ə üzv olan ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyətləri istədiyimiz nəticəni verməyib”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə 2007-ci ildə bu sahədə bir qədər irəliləyişlər əldə olunub: “Belə ki, danışıqlar prosesi intensivləşib, regiona səfərlərin sayı artıb, konkret təkliflər irəli sürülməyə başlayıb. Amma bütün bunlara baxmayaraq, yenə də konkret bir nəticə yoxdur. Ona görə də biz bunu əsas götürüb, ATƏT- in bu günə qədər olan fəaliyyətinin nəticə vermədiyini düşünürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR