Bank Of Baku

Ukrayna Mərkəzi Seçki Komissiyası Eduard Zeynalova deputat vəsiqəsi verib

Ukrayna Mərkəzi Seçki Komissiyası Eduard Zeynalova deputat vəsiqəsi verib
# 25 dekabr 2007 11:30 (UTC +04:00)
Ukrayna Mərkəzi Seçki Komissiyası nazir vəzifəsinə təyin olunan 14 deputatın yerinə ”Yuliya Timoşenko” və “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloklarının namizədlər siyahısında sonrakı yerləri tutan 14 nəfəri Ali Radanın üzvü kimi qeydə alıb. APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, “Yuliya Timoşenko” blokundan 8, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokundan isə 6 nəfər deputat vəsiqəsi alıb. Onların arasında Kirovoqrad vilayətinin keçmiş qubernatoru, əslən azərbaycanlı olan Eduard Zeynalov da var. E. Zeynalov prezident Viktor Yuşşenkonun fəxri sədrlik etdiyi “Bizim Ukrayna-Xalq İttifaqı” Partiyasının üzvüdür. Yeni deputatlar and içərək Ali Radada fəaliyyətə başlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR