Bank Of Baku

Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzində “GUAM 10 ildən sonra: nailiyyətlər və gələcək üçün prioritetlər” adlı konfrans keçirilib

Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzində “GUAM 10 ildən sonra: nailiyyətlər və gələcək üçün prioritetlər” adlı konfrans keçirilib
# 25 dekabr 2007 12:11 (UTC +04:00)
GUAM-ın 10 illiyi ilə əlaqədar Azərbaycanın Belçika Krallığındakı səfirliyinin təşəbbüsü ilə Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzində “GUAM 10 ildən sonra: nailiyyətlər və gələcək üçün prioritetlər” adlı konfrans keçirilib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Konfransda Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqı (Aİ) təsisatlarının rəsmiləri, habelə beynəlxalq QHT-lər, yerli tədqiqat mərkəzləri və media nümayəndələri iştirak ediblər. Konfransda çıxış etmiş GUAM üzv ölkələrinin Aİ yanında səfirləri GUAM-ın yaranma tarixi, əsas inkişaf mərhələləri, gələcək prioritetləri, həmçinin təşkilatın ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələri və siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələr üzrə aparılan səmərəli əməkdaşlıq haqqında ətraflı məlumat veriblər. Çıxışlardan sonra müzakirələr aparılıb və konfrans iştirakçılarının çox saylı sualları cavablandırılıb. Konfrans Azərbaycanın milli musiqisi və milli mətbəx nümunələrinin təqdimatı ilə keçirilmiş ziyafətlə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR