Bank Of Baku

Hüquq müdafiəçiləri Azərbaycanın xarici işlər nazirinin müavini ilə görüşüblər

Hüquq müdafiəçiləri Azərbaycanın xarici işlər nazirinin müavini ilə görüşüblər
# 25 dekabr 2007 13:33 (UTC +04:00)
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı və Səadət Bənənyarlı bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüblər. Bu barədə APA-ya Səidə Qocamanlı bildirib. S. Qocamanlı deyib ki, görüşdə hüquq müdafiəçilərinin təmsil olunduğu Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi və Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq barədə müzakirələr aparılıb. Hüquq müdafiəçiləri nazir müavini ilə Avropa İttifaqı ilə ölkəmiz arasında qəbul olunan fəaliyyət planının yerinə yetirilməsi, Azərbaycanda insan haqlarının vəziyyətini də müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR