Bank Of Baku

Hafiz Hacıyev “Yeni Müsavat” qəzetini məhkəməyə verib

Hafiz Hacıyev “Yeni Müsavat” qəzetini məhkəməyə verib
# 25 dekabr 2007 14:18 (UTC +04:00)
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzeti ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. “Yeni Müsavat” qəzetinin 25 dekabr 2007-ci il tarixli sayında “Balıq Hafiz”in kürəkəni həbs olunub” başlıqlı məqalənin dərc edildiyini bildirən MMP sədri yazıda özünün işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən və böhtan xarakterli ifadələrin öz əksini tapdığını bildirib. Partiya sədri qəzet rəhbərliyi və yazı müəllifinin jurnalist etikasının tələblərini pozduğunu, yoxlanılmamış, həqiqətəuyğun olmayan məlumat yaydığını iddia edib. MMP-nin mətbuat xidməti H. Hacıyevin, ümumiyyətlə, heç bir kürəkəninin olmadığını bildirib.
“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan APA-ya bildirib ki, bu məsələni araşdırıb, sözügedən informasiyanı yazan müxbirlə danışıb: “Müxbirin dediyinə görə, məlumatı verən mənbələr israrla bu məsələnin doğru olduğunu bildirirlər. Əgər məsələ həqiqətəuyğun deyilsə və müxbir bunu dəqiqləşdirmədən yazıbsa, təbii ki, biz bununla bağlı təkzib verəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR