Bank Of Baku

MSK katibi: “Dağlıq Qarabağdakı separatçı rejim ermənilərin Azərbaycan ərazisində keçirdiyi seçkilərdə iştirakına maneçilik törədir”

MSK katibi: “Dağlıq Qarabağdakı separatçı rejim ermənilərin Azərbaycan ərazisində keçirdiyi seçkilərdə iştirakına maneçilik törədir”
# 04 fevral 2008 11:17 (UTC +04:00)
Onun sözlərinə görə, bundan sonra siyahılar Dairə Seçki Komissiyalarında araşdırılacaq: “Siyahıların dəqiqləşməsi ilə bağlı bir sıra vasitələrdən istifadə olunur. Bunlar polis orqanlarında, bələdiyyələrdə, pasport qeydiyyatı idarələrində, yerli icra orqanlarında olan sənədlər və məlumatlardır”. N. Məmmədov bu ildən siyahıların tərtib olunmasını daha da asanlaşdırmaq üçün MSK-da “qaynar xətt”in yaradıldığını qeyd edib. Onun sözlərinə görə, ötən həftədən fəaliyyətə başlayan 115 saylı “qaynar xətt”ə 20-yə yaxın seçici müraciət edib. Bu müraciətlər isə konkret problemlə yox, ümumi məlumat almaqla bağlı olub. N. Məmmədov siyahıların tərtib olunmasının mayın 30-dək davam edəcəyini qeyd edib. Prezident seçkisi ərəfəsində isə bir ay ərzində siyahıların dəqiqləşdirilməsi həyata keçiriləcək: “Bu il prezident seçkisi keçiriləcəyindən seçicilər siyahılara düşmək üçün daha maraqlı olmalıdırlar”. N. Məmmədov erməni əsilli vətəndaşların seçkidə iştirakı məsələsinə də toxunub. Onun sözlərinə görə, bununla bağlı MSK beynəlxalq qurumlara və həmin vətəndaşlara müraciət ünvanlasa da, hələlik həmin şəxslərin seçkidə iştirakı ilə bağlı fakt yoxdur: “Belə fikri olan erməni əsilli vətəndaş olduqda isə Dağlıq Qarabağdakı separatçı rejim onlara təzyiq edərək bu yoldan çəkindirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR