Bank Of Baku

Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov: “Ağlı başında olan istənilən deputat PKK-nı müdafiə edə bilməz”

Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov: “Ağlı başında olan istənilən deputat PKK-nı müdafiə edə bilməz”
# 04 fevral 2008 11:19 (UTC +04:00)
Belə qeyri-ciddi adamların qeyri-ciddi də bəyanatları olur”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisi (MM) sədrinin I müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov MM-in fevralın 1-də keçirilən iclasında deputat Pənah Hüseynin parlamentdə PKK-nın lobbisinin olması və bu lobbiyə onun rəhbərlik etməsi ilə bağlı ittihamına xüsusi münasibət bildirməyi lazım bilmədiyini söyləyib. Z. Əsgərov P. Hüseynin iclasdan sonra ona yaxınlaşaraq əsəbi olduğunu və işlətdiyi sözə görə üzrxahlıq etdiyini deyib: “Əslində o bunu etiraf edirsə, xüsusi şərhə ehtiyac yoxdur. Ancaq insan danışanda gərək məsuliyyətli olsun. Əgər bir adam işlətdiyi sözü beş dəqiqə sonra inkar edib, əsəbi olduğunu deyirsə, əlavə söz deməyə ehtiyac görmürəm. Pənah Hüseynə fikir verməyin. O, öz ampluasındadır. Hər kəs öz səviyyəsini göstərir. Onunla mənim aramda xüsusi konflikt yoxdur. Hesab etmirəm ki, məsələ İntizam Komissiyasında müzakirə ediləcək qədər böyüyüb. Əlbəttə, bundan sonra belə hərəkətlər davam edərsə, bu da ola bilər”. Z. Əsgərovun sözlərinə görə, MM-də PKK-nı müdafiə edən lobbinin olması ilə bağlı fikir absurddur: “Milli Məclisdə heç kim PKK-nı müdafiə edə bilməz. Pənah Hüseyn isə bu mövzunu ortaya atıb reytinqini qaldırmaq istəyir. Onların bütün bəyanatları seçkiyə hesablanıb. Ağlı başında olan istənilən deputat PKK-nı müdafiə edə bilməz. Mən buna 100 faiz əminəm”. Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı bəyannaməyə gəlincə, Z. Əsgərov hər iki ölkə başçısının imzaladığı sənəddə bütövlükdə terrorizmə qarşı mübarizədən söhbət getdiyini deyib: “Yəni söhbət burada hansısa terror təşkilatının adının çəkilməsindən getmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR