Bank Of Baku

Natiq Məmmədov: “Ötən prezident seçkisində baryeri aşa bilməyən və pulu qaytarmayan şəxslər builki seçkidə yenidən namizəd olsalar, onlara büdcədən vəsait ayrılmayacaq”

Natiq Məmmədov: “Ötən prezident seçkisində baryeri aşa bilməyən və pulu qaytarmayan şəxslər builki seçkidə yenidən namizəd olsalar, onlara büdcədən vəsait ayrılmayacaq”
# 04 fevral 2008 11:26 (UTC +04:00)
“Ötən prezident seçkisində iştirak edən və 3 faizlik baryeri aşa bilməyən bəzi namizədlər dövlət büdcəsindən onlara ayrılmış pulu qaytarmayıblar. Mövcud qanunvericiliyə əsasən, pulu qaytarmayan şəxs yenidən namizədliyini irəli sürəcəyi təqdirdə, ona büdcədən vəsait ayrılmır”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov deyib. Onun sözlərinə görə, vəsaitin geri qaytarılması ilə bağlı həmin namizədlərə bir neçə dəfə xəbərdarlıq edilsə də, müvafiq addım atılmayıb. Növbəti prezident seçkisində namizədlərə ayrılacaq vəsaitin artırılıb-artırılmayacağına gəlincə, N. Məmmədov bunun da qanunla tənzimləndiyini vurğulayıb. Onun sözlərinə görə, ayrılan vəsait şərti maliyyə vahidi ilə müəyyənləşir və məbləğin dəyişməsi şərti maliyyə vahidinin artıb-azalmasından asılıdır. Qeyd edək ki, 2003-cü il prezident seçkisində namizədliyi irəli sürülən və baryeri aşmayan şəxslərdən Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev və Abutalıb Səmədov dövlət büdcəsindən ayrılan pulu qaytarmayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR