Bank Of Baku

ADP seçkilərdə iştirakdan imtina olunmasını məqsədəuyğun saymır

ADP seçkilərdə iştirakdan imtina olunmasını məqsədəuyğun saymır
# 04 fevral 2008 11:32 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Human Rights Watch” təşkilatının son hesabatı, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinin və Avropa Birliyi nümayəndələrinin Azərbaycana başlanan səfəri, Ermənistanda və Rusiyada seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunub. ADP İH seçki komissiyalarının paritet əsasda və seçkilərdə iştirak edəcək tərəflərin qarşılıqlı etimad göstərə biləcəyi formatda yenidən təşkil olunması ilə əlaqədar əvvəllər nümayiş etdirdiyi mövqeyə sadiq qaldığını bir daha bildirib. ADP seçki komissiyalarının son parlament seçkilərində partiya və partiyalar bloku şəklində iştirak etmiş və 1 faizdən yuxarı etibarlı seçici səsi qazanmış partiyaların nümayəndələrindən təşkil olunmasını məqbul sayır. Eyni zamanda İH qanuna dəyişiklik olmayacağı təqdirdə seçkilərdə iştirakdan imtina etməyin məqsədəmüvafiq olmadığı qənaətinə gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR