Bank Of Baku

Azərbaycan-İran dostluq qrupunun üzvləri Mehdi Səfəri ilə görüşüblər

Azərbaycan-İran dostluq qrupunun üzvləri Mehdi Səfəri ilə görüşüblər
# 04 fevral 2008 11:59 (UTC +04:00)
Milli Məclisin Azərbaycan-İran dostluq qrupunun üzvləri İranda səfərdədir. Nümayəndə heyəti dünən ölkənin xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə görüşüb. İran İslam Şurasının (İran parlamentin) mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi APA-ya bildirib ki, görüşdə İran-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Bu gün Azərbaycan nümayəndə heyətinin İranın xarici işlər naziri Maniçöhr Möttəki, sabah isə parlamentin sədri Qulamrza Həddad Adil və İran-Azərbaycan Dostluq Cəmiyyətində görüşləri nəzərdə tutulub. Qeyd edək ki, parlamentin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Azərbaycan parlamentinin sosial-siyasət komissiyasının sədri Hadı Rəcəbli, regional məsələlər komissiyasının sədri müavini Fəttah Heydərov, deputatlar Ərəstun Cavadov, Hüseynbala Mirələmov və Fazil Mustafayev daxildir. Səfər fevralın 6-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR