Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 04 fevral 2008 12:37 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda siyasi partiyaların Demokratik Seçki Mərkəzinin (DSM) yaradılması ilə bağlı məsələ müzakirə olunub. İdarə Heyəti bir çox istiqamətlərdə, eləcə də seçkilərin demokratik və şəffaf keçirilməsi müstəvisində siyasi partiyaların əməkdaşlığını nəzərdə tutan qurumun yaradılmasını təqdir edib. BAXCP ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələri DSM çərçivəsində əməkdaşlığa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR