Benita Ferrero-Valdner: “Avropa İttifaqı Bakı-Tiflis-Qars dəmir yolunu regional mahiyyətə malik nəqliyyat marşrutu kimi dəyərləndirmir”
- Avropa İttifaqı “üçlüyü” Azərbaycan hakimiyyət orqanları ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planının icrası, insan hüquqları və seçkilər, regionda dondurulmuş münaqişələr, regional əməkdaşlıq və enerji kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaqdır.
- Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin açılması hansı zərurətdən irəli gəlir?
- Avropa İttifaqı “üçlüyü”nün səfəri çərçivəsində Avropa Komissiyasının Bakıdakı nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Əminik ki, Avropa Komissiyasının Bakıda ofisinin açılması nəticəsində Azərbaycanla münasibətlərimizi dərinləşdirəcək, əlaqələrimizi gücləndirəcəyik. Bu çərçivədə o cümlədən Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının tam icrasının dəstəklənməsinə yönəlmiş yardım layihələrini icra edəcəyik.
- Bakı-Tiflis-Qars dəmir yolu layihəsini dəstəkləməyən Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə qoşulmuş Ermənistanı coğrafi qonşusu olan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmağa niyə dəvət etmir?
- Dəmir yolu ilə bağlı məsələyə gəldikdə Avropa Komissiyası hər zaman vurğulayıb ki, o, inklüziv və “regional” mahiyyətə malik olan nəqliyyat marşrutlarını həm siyasi, həm də maliyyə baxımından dəstəkləyəcək. Ancaq hələlik Bakı-Tiflis-Qars dəmir yolunun bu mahiyyətə malik olduğu görünmür. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün göstərilən cəhdləri Avropa Komissiyası tam dəstəkləyir. Avropa Komissiyası həm Ermənistan, həm də Azərbaycanı regional əməkdaşlıq təşəbbüslərində daha çox iştirak etməyə dəvət edir ki, bu zaman da hər iki tərəf arasında etimad qurula bilər və sülh sazişinin bağlanması sürətlənə bilər.
- Avropa İttifaqının GUAM-la əməkdaşlıq edəcəyi gözlənilirdi...
- GUAM regional təşkilatdır və Avropa Komissiyasının onunla müəyyən münasibət və əlaqələri vardır, onlar arasında fəaliyyət müəyyən dərəcədə əlaqələndirilir.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunması üçün Avropa İttifaqının göstərdiyi dəstək çərçivəsində hansısa layihələrin həyata keçirilməsi nəzərdə tutulurmu?
- Avropa İttifaqı layihələr və dialoqlar çərçivəsində Azərbaycanın ÜTT-na qəbul olunması prosesini dəstəkləyir. Ümid edirik ki, Azərbaycan tezliklə ÜTT-na qəbul olunacaq, ancaq əsas məsələ ÜTT-ya üzv dövlətlərin hamısının buna razı olmasıdır. ÜTT komponenti TASİS çərçivəsində əvvəlki “TƏS-in İcrasının Dəstəklənməsi” layihəsinə daxil edilib.
- Avropa İttifaqı Odessa-Brodı-Qdansk-Plotsk neft kəmərinin perspektivini necə dəyərləndirir?
- Avropa Komissiyası Odessa-Brodi-Plotsk layihəsini, o cümlədən boru kəmərinin Polşayadək uzadılmasını çərçivəsində texniki-iqtisadi əsaslandırmanın aparıldığı maliyyə yardımı vasitəsilə dəstəkləməyə davam edir. Buna görə də Azərbaycan və digər ölkələrin bu mühüm layihəyə daxil olmasını alqışlayırıq. Əlavə olaraq, Ukraynada yerləşəcək neft-emalı zavodu birgə layihəsi vasitəsilə Azərbaycanın iştirak etməsi bu regionda enerji təchizatlarının artmasına və Azərbaycanın Aİ enerji bazarında tam iştirakına yardım edəcək.
- Avropa Komissiyası Transxəzər neft və qaz kəmərləri və “Nabucco” layihələrinə maliyyə dəstək verəcəkmi?
- Avropa İttifaqının enerji təchizatını çox-şaxəli istiqamətdə inkişaf etdirmək istiqamətində göstərdiyi cəhdlər baxımından Transxəzər və “Nabucco” layihəsi prioritet layihədir. Ümumiyyətlə isə Avropa Komissiyası iqtisadi və ekoloji cəhətdən əsaslandırılmış hazırlıq mərhələsində olan layihələri dəstəkləyir. Avropa İnvestisiya Bankının genişləndirilmiş səlahiyyətləri çərçivəsində hazırda infrastruktur layihələrini, eləcə də AYİB layihələrini maliyyələşdirə bilər.
- Fəaliyyət Planında əksini tapmış 10 əsas prioritetdən biri olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Avropa İttifaqı tərəfindən hansı addımlar atılır?
- Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun vasitəçi kimi göstərdiyi cəhdləri tam dəstəkləyir, Ermənistan və Azərbaycanı münaqişənin sülh yolu ilə tezliklə və hər iki tərəf üçün məqbul yolla həll olunması variantını tapması üçün təkid edir. Bu kontekstdə Avropa Komissiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilkin şərtlərin və əlverişli mühitin yaradılmasına yardım edə bilər. Buna görə də Avropa Komissiyası Ermənistan və Azərbaycanı regional əməkdaşlıq təşəbbüslərində daha çox iştirak etməyə dəvət edir ki, bu zaman da hər iki tərəf arasında etimad yarana bilər və sülh sazişinin bağlanması sürətlənər. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Ağdamda açıq ərazidə yanğın başlayıb- YENİLƏNİB
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb