Bank Of Baku

Xəzər İbrahim: ““Bəyaz axın” layihəsi ilə bağlı Azərbaycana heç bir təklif daxil olmayıb”

Xəzər İbrahim: ““Bəyaz axın” layihəsi ilə bağlı Azərbaycana heç bir təklif daxil olmayıb”
# 04 fevral 2008 12:58 (UTC +04:00)
““Bəyaz axın” layihəsi ilə bağlı Azərbaycana heç bir təklif daxil olmayıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə hər zaman öz töhfəsini verməyə hazırdır: “Ancaq konkret bu layihə ilə bağlı rəsmi təklif daxil olmadığından hansısa münasibət bildirmək mümkün deyil”.
Qeyd edək ki, “Bəyaz axın” layihəsi Türkmənistandan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Ukraynadan keçməklə Avropaya təbii qaz nəqlini nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR