Bank Of Baku

Andres Herkel: “Seçkilərin yaxşı təşkili üçün kifayət qədər vaxt var”

Andres Herkel: “Seçkilərin yaxşı təşkili üçün kifayət qədər vaxt var”
# 04 fevral 2008 12:51 (UTC +04:00)
O, Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və hüquq müdafiəçiləri ilə görüşdüyünü bildirib. A. Herkel görüşdə siyasi məhbuslar, Seçki Məcəlləsinə dəyişiklik və digər aktual məsələlərin müzakirə olunduğunu söyləyib: “Biz demokratik azadlıqların da iqtisadi azadlıqlar kimi olmasını istəyirik”. Həmməruzəçi gündəmdə olan məsələləri, o cümlədən siyasi məhbus problemini Azərbaycanın siyasi institutları və ölkə rəhbərliyi ilə müzakirə edəcəyini vurğulayıb: “Əgər bu məsələ ilə bağlı işimizdə uğur qazana bilməsək, Parlament Assambleyasında məsələ qaldıra bilərik. Ancaq qiymətləndirmə üçün vaxt lazımdır”. A. Herkel KİV nümayəndələri və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəyini də əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR